Bakıda 4 yaşlı uşaq qaynar süd qazanına düşərək öldü

Hadisə
  • 28 iyul, 2020
  • 05:24
Bakıda 4 yaşlı uşaq qaynar süd qazanına düşərək öldü

Bakıda 4 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un məlumatına görə, hadisə iyulun 27-də saat 13.00 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.

Belə ki, paytaxt sakini, 2016-cı il təvəllüdlü Elmir Gülməmmədov yaşadığı evdə qaynanan süd qazanında düşüb.

Sonra uşaq yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.