Bakıda 38 yaşlı kişi intihar edib

Hadisə
  • 01 avqust, 2017
  • 23:32
Bakıda 38 yaşlı kişi intihar edib

Bakı. 2 avqust. REPORT.AZ/ Bakıda 38 yaşlı kişi intihar edib.

"Report" xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Belə ki, Binə qəsəbəsi, Südçülük sovxozunda yaşayan 1979-cu il təvəllüdlü İbrahimov Eldəniz Əliş oğlu yaşadığı evdə özünü asıb. 

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır. 

44 filmi