Bakıda 37 yaşlı kişi belindən bıçaqlandı

Hadisə
  • 21 may, 2021
  • 21:34
Bakıda 37 yaşlı kişi belindən bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, Həzi Aslanov metrosunun yaxınlığında, 1984-cü il təvəllüdlü Səmədov Azər İlham oğluna naməlum şəxs tərəfindən bıçaqla xəsarət yetirilib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona bel nahiyəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti ağırdır.