Paytaxtda 36 yaşlı kişini avtomobil vurub

Hadisə
  • 19 sentyabr, 2021
  • 00:56
Paytaxtda 36 yaşlı kişini avtomobil vurub

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

Üzeyir Hacıbəyli küçəsində yolu keçən 1985-ci il təvəllüdlü Həşimov Mircəlal Zahid oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bud sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.