Bakıda 22 yaşlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb

Hadisə
  • 22 oktyabr, 2021
  • 21:47
Bakıda 22 yaşlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Fərhadov Aqil Vüqar oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona, sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

44 filmi