Bakıda 2 piyadanın ölümünə səbəb olan sürücüyə hökm oxunub

Bakıda 2 piyadanın ölümünə səbəb olan sürücüyə hökm oxunub Bakıda 2 piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Akif Hüseynova hökm oxunub və o, 5 il müddətinə azadlıqdam məhrum edilib.
Hadisə
153
11 Mart , 2022 16:04
Bakıda 2 piyadanın ölümünə səbəb olan sürücüyə hökm oxunub

Bakıda 2 piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Akif Hüseynova hökm oxunub və o, 5 il müddətinə azadlıqdam məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Onun barəsində seçilmiş başqa yerə geməmək haqqında iltizam
qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini A.Hüseynov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə yolu keçən qəsəbə sakinləri - Adil Canatovu və Tərlan Şahpələngovu vurub. Nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində ölüb.

N.Sadıqov saxlanılıb və ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi