Bakıda narkotiklə tutulan şəxsin 18 il əvvəl törətdiyi qətlin üstü açılıb
Hadisə
- 17 dekabr, 2021
- 07:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda 18 il əvvəl törədilən cinayətin üstü açılıb.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN və Baş Prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilən birgə tədbirlərlə 18 il əvvəl törədilən cinayət əməlinin üstü açılıb.
Belə ki, DİN əməkdaşları tərəfindən cari il avqustun 18-də narkotik vasitə ilə tutulan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Dadaşovun 2003-cü il dekabr ayının 29-da Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində paytaxt sakini, 67 yaşlı Ramiz Əmirovu boğaraq qətlə yetirməsi müəyyən edilib.
Baş Prokurorluq tərəfindən araşdırmalar aparılır.
Son xəbərlər
09:57
Nəqliyyat vasitələrinin duracaq və qarajları haqqında əsasnamə dəyişib
İnfrastruktur09:54
Nazirlər Kabineti sahibkarlara maliyyə yardımı ilə bağlı qərarını yeniləyib
Biznes09:48
Türkiyədə korrupsiyaya görə 2-si bələdiyyə sədri olmaqla 16 nəfər həbs edilib
Region09:48
Vəkillər "mygov ID" vasitəsi ilə Vəkillər Kollegiyasının internet platformasına daxil ola biləcək
Daxili siyasət09:47
UEFA Millətlər Liqasında IV turun 10 oyunu keçiriləcək
Futbol09:40
Video
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB
Hadisə09:36
Video
Ağcabədidə pendir sexinin fəaliyyəti dayandırılıb
Hadisə09:36
"Neftçi" FIBA Avropa Kubokunda mübarizəyə start verir
Komanda09:33