Bakıda 17 yaşlı gənci avtomobil vurub 

Hadisə
  • 21 oktyabr, 2023
  • 20:40
Bakıda 17 yaşlı gənci avtomobil vurub 

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Məhərrəmli Murad Namiq oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

44 filmi