Bakıda 15 yaşlı qızını qətlə yetirən atanın məhkəməsi başlayıb

Bakıda 15 yaşlı qızını qətlə yetirən atanın məhkəməsi başlayıb Məhkəmənin baxış iclası aprelin 4-nə təyin edilib
Hadisə
16 Mart , 2017 13:29
Bakıda 15 yaşlı qızını qətlə yetirən atanın məhkəməsi başlayıb

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 15 yaşlı qızını qətlə yetirməkdə təqsirləndirilən Nəsib Cabbarovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Tamila Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası aprelin 4-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi ötən il iyulun 20-də Xırdalan şəhərində baş verib. Ağdam rayon sakini Aygün Cabbarova kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən A.Cabbarovanın atası N.Cabbarov tutulub. Sonradan məlum olub ki, 52 N.Cabbarov 15 yaşlı A.Cabbarovanı qısqanclıq zəminində bıçaqla qətlə yetirib. N.Cabbarov dindirilərkən törətdiyi cinayət əməlini etiraf edib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi