Bakıda 134 ədəd müxtəlif pirotexniki ləvazimatlar aşkar edilərək götürülüb

Hadisə
  • 23 dekabr, 2016
  • 07:07
Bakıda 134 ədəd müxtəlif pirotexniki ləvazimatlar aşkar edilərək götürülüb

Bakı. 23 dekabr. REPORT.AZ/ Bakıda 134 ədəd müxtəlif pirotexniki ləvazimatlar aşkar edilib.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Binəqədi Rayon Polis İdarənin 6-cı Polis Bölməsinin PB əməkdaşları tərəfindən Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Elnur Məmmədova məxsus mağazadan yüksək səsyayıcı xüsusiyyətə malik 134 ədəd müxtəlif pirotexniki ləvazimatlar aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.