Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - VİDEO - SİYAHI - YENİLƏNİB-4

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - VİDEO - SİYAHI - YENİLƏNİB-4 Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli sayda yaralı var.
Hadisə
2 Avqust , 2024 17:15
Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb - VİDEO - SİYAHI - YENİLƏNİB-4

Bakı-Sumqayıt yolundakı avtobus qəzasında ölən və yaralananların adları açıqlanıb.

"Report"un Sumqayıt bürosu xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 18-i yaralanıb.

Hadisə nəticəsində 2006-cı il təvəllüdlü Ağayeva Məryəm Maqsud qızı vəfat edib.

Qəzada yaralananların adlarını təqdim edirik:

- 1961-ci il təvəllüdlü Cəfərova Həqiqət Sahib qızı

- 1986-cı il təvəllüdlü Kərimova Səidə İldırım qızı

- 1989-cu il təvəllüdlü Əliyeva Məryəm Qabil qızı

- 1980-ci il təvəllüdlü Məmmədova Vüsalə Məmməd qızı

- 2002-ci il təvəllüdlü Məmmədova Xəyalə Məhəmməd qızı

- 2005-ci il təvəllüdlü İsgəndərova Nərgiz Məmməd qızı

- 2016-cı il təvəllüdlü Allahverdiyeva Gülay Əhməd qızı

- 1965-ci il təvəllüdlü Hüseynov Nizami İlyas oğlu

- 1996-cı il təvəllüdlü Əliyeva Əsbət Əlişan qızı

- 1967-ci il təvəllüdlü Quliyeva Südabə Əflatun qızı

- 1963-cü il təvəllüdlü Həsənova Zenfira Cavanşir qızı

- 1982-ci il təvəllüdlü Qasımova Sevda Hajan qızı

- 1999-cu il təvəllüdlü Abasov Ceyhun Mamed oğlu

- 2007-ci il təvəllüdlü Quluzadə Elcan Hörmət oğlu

- 1971-ci il təvəllüdlü İsgəndərov Məmmədağa İsgəndər oğlu

- 2017-ci il təvəllüdlü Əliyev Habil Qəzənfər oğlu

- 1993-cü il təvəllüdlü Nəsirov Orxan Hidayət oğlu

- 2005-ci il təvəllüdlü Nəsirov Yusif Çərkəz oğlu.

14:20

Bakı-Sumqayıt yolunda baş verən avtobus qəzası zamanı ölən şəxsin kimliyi məlum olub.

"Report"un Sumqayıt bürosu xəbər verir ki, o, 2006-cı il təvəllüdlü Ağayeva Məryəm Maqsud qızıdır.

12:51

Bakı-Sumqayıt yolunda iki avtobusun toqquşması nəticəsində 18 nəfərin xəsarət alması, bir nəfərin isə ölməsi ilə bağlı araşdırma aparılır.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, avqustun 2-si saat 11 radələrində Bakı-Sumqayıt avtomobil yolunun 29-cu kilometrliyində Hüseynov Nazim Kazım oğlunun Bakı-Sumqayıt ekspres marşrut xətti üzrə idarə etdiyi “NEOPLAN” markalı, 99-JH-667 dövlət qeydiyyat nişanlı avtobus qarşıda gedən Yunusov Adil Şəmil oğlunun idarə etdiyi, 42 nömrəli marşrut xətti üzrə hərəkətdə olan “İSUZU” markalı, 50-DO-539 dövlət qeydiyyat nişanlı avtobusla toqquşub.

Toqquşmadan sonra “İSUZU” markalı avtobus yoldan çıxaraq aşıb və nəticədə 1 nəfər sərnişin hadisə yerində həyatını itirib. Əraziyə yol polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

12:35

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:20 radələrində Bakı-Sumqayıt magistralında yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə çağırış daxil olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, hadisə yerinə 8 təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən hadisə yerində bir nəfərin həkiməqədər ölümü qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan digər 18 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxslərdən ikisi reanimasiyaya yerləşdirilib. Vəziyyətləri ağır qiymətləndirilir. Digər şəxslərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.

12:22

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.

Bu barədə "Report"un yerli bürosu məlumat verir.

12:01

Bakı-Sumqayıt yolunda iki avtobus toqquşub, xeyli yaralı var.

“Report”un yerli bürosu xəbər verir ki, qəza Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Məlumata görə, 42 nömrəli marşrut avtobusu Bakı-Sumqayıt istiqamətində hərəkət edən digər marşrut avtobusu ilə toqquşub, 10-dan çox yaralının olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi