Su polisləri İrandan göndərilən avtomat və narkotiki dövriyyəyə buraxmağa çalışan şəxsi saxlayıb - YENİLƏNİB

Su polisləri İrandan göndərilən avtomat və narkotiki dövriyyəyə buraxmağa çalışan şəxsi saxlayıb - YENİLƏNİB Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından ölkəmizə qeyri-leqal yollarla göndərilən "Kalaşnikov" avtomatı və narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşının alınması istiqamə
Hadisə
14 Aprel , 2023 13:53
Su polisləri İrandan göndərilən avtomat və narkotiki dövriyyəyə buraxmağa çalışan şəxsi saxlayıb - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından ölkəmizə qeyri-leqal yollarla göndərilən “Kalaşnikov” avtomatı və narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşının alınması istiqamətində əməliyyat həyata keçirilib.

Bu barədə "Report"a DİN-in Mətbuat xidmətindən bildirilib.

Belə ki, İdarəyə xidməti ərazi olan Qaradağ rayonunda dəniz kənarında bir nəfərin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlaqə yaradaraq onun ölkəyə göndərdiyi silah və narkotikləri qəbul edəcəyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal qeyd edilən ərazi su polisləri tərəfindən nəzarətə götürülüb. Həmin şəxs İran vətəndaşının ona göndərdiyi bağlamanı götürüb ərazidən uzaqlaşmaq istəyən zaman su polisləri tərəfindən saxlanılır.
Araşdırmalar zamanı onun paytaxt sakini Orxan Əzizəliyev olduğu müəyyən edilib və o, vaxtı ilə özəl mühafizə şirkətlərindən birinin əməkdaşı olub. Orxan Əzizəliyevin əlindəki bağlamaya baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd parton darağı, 60 ədəd patron və külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib.
Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, balıqovlama mövsümünün başa çatması ilə əlaqədar olaraq Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin brokonyerliklə, Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərə cinsli balıqların və adı “Qırmızı Kitab”a düşən quşların ovlanması ilə məşğul olan şəxslərin də müəyyən edilərək məsuliyyətə cəlb edilmələri, eləcə də dənizin dibi ilə çəkilən dəmir boru kəmərlərini qanunsuz olaraq kəsib satışını təşkil edənlərə qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Araşdırma zamanı müəyyən edilib ki, körpə cinsli nərə balıqların qanunsuz ovlanması paytaxt, eləcə də bölgələrdə fəaliyyət göstərən bir neçə kafe və restoran sahibləri tərəfindən sifariş edilir. Həmin ictimai iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq edilərək bildirilir ki, onlar barəsində Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən digər müvafiq dövlət orqanları ilə birgə qanunauyğun ciddi tədbirlər görüləcək.

Sonda vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

09:05

Bakı sakinin üzərində “Kalaşnikov” aşkarlanıb.

"Report"un məlumatına görə, aprelin 12-də Su Nəqliyyatında Polis İdarəsinin Bakı Beynəlxalq Dəniz Ticarəti Limanında Xüsusi Patrul Bölmələrinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 25.11.1996-cı il tarixdə Bakı şəhərində doğulmuş Əzizəliyev Orxan İnqilab oğlu Bakı şəhəri, Qaradağ rayonu, Sar qəsəbəsində yerləşən Qaradağ Limanında saxlanılaraq Su NPİ-yə gətirilib.

Onun üzərinə baxış zamanı 1 ədəd texniki cəhətdən saz və atəş üçün yararlı olan AKMS modelli, “Kalaşnikov” konstruksiyalı odlu yivli silah olan avtomat, 60 ədəd 7,62x39 mm kalibrli döyüş sursatı və atəş üçün yararlı olan ştat patronlar, “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan 02 ədəd daraq və çəkisi 9,547 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır

Son xəbərlər

Orphus sistemi