Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB

Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB Faktla bağlı araşdırma aparılır.
Hadisə
111
12 Dekabr , 2018 21:11
Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb - YENİLƏNİB

Sumqayıt. 12 dekabr. REPORT.AZ/ Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən şəxsin adı məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1961-ci il təvəllüdlü yerli sakin Qəmbərov Afiq Həsən oğlu magistral yolu keçərkən onu qarşı tərəfdən sürətlə gələn avtomobil vurub. Xəstəxanya çatdırlan ağır bədən xəsarətləri alan yaralı orada ölüb. 

Faktla bağlı araşdırmalara başlanılılb. 


*** 19:58

Sumqayıt. 12 dekabr. REPORT.AZ/ Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yo-nəqliyyat hadisəsi baş verib. 

"Report"un yerli bürosu xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yaralı ağır vəziyyətdə dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzaya yolun hadisə baş verən hissəsində işıqlandırma sisteminin olmaması səbəb kimi göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Gəncədə mikroavtobus piyadanı vurub.

Son xəbərlər

Orphus sistemi