Bakı-Qazax yolunda qəzada ölən tələbələrin adları açıqlanıb - SİYAHI - YENİLƏNİB-2 - FOTO

Bakı-Qazax yolunda qəzada ölən tələbələrin adları açıqlanıb - SİYAHI - YENİLƏNİB-2 - FOTO Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır
Hadisə
20 May , 2017 17:18
Bakı-Qazax yolunda qəzada ölən tələbələrin adları açıqlanıb - SİYAHI - YENİLƏNİB-2 - FOTO
Report.az

Hacıqabul. 20 may. REPORT.AZ/ Hacıqabulda baş verən yol qəzasında ölənlərin şəxsiyyəti müəyyənləşdirilib.

“Report”un Aran bürosu xəbər verir ki, bunlar 1998-ci il təvəllüdlü Əmiraslanlı Əmiraslan Müşfiq oğlu, 1998-ci il təvəllüdlü Hüseynov Elvin Vahid oğlu, 1999-cu il təvəllüdlü Azadlı Əlizamin Fikrət oğlu, Əhmədov Elçin Cahangir oğlu və 2000-ci il təvəllüdlü Süleymanlı Murad Rəfael oğludur.

Ölənlərin Maliyyə-İqtisad Kollecinin tələbələri olduğu bildirilr.

*** saat 16:31-də fotolar əlavə olunub

Hacıqabul. 20 may. REPORT.AZ/. “Hundai” markalı 90-LD-773 dövlət nömrə nişanlı minik avtomobilinin yolun kənarına aşması nəticəsində ölənlərdən birinin adı məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, həmin şəxs avtomobilin sürücüsü 1998-ci il təvəllüdlü Əmiraslanlı Əmiraslan Müşfiq oğludur.

Digərlərinin şəxsiyyəti müəyyənləşdirilir.

Ölənlərin meyitləri Şirvan şəhərindəki məhkəmə tibbi-ekspertizaya aparılıb.

Ölənlərin İmişli rayon sakinləri olduğu bildirilir. Ölən sərnişinlərin hamısı tələbədir.

*** saat 15:15

Hacıqabul. 20 may. REPORT.AZ/ Bakı-Qazax yolunda ağır avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə saat 15:00 radələrində Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində, Nəvai postunun yaxınlığında baş verib. Avtomobilin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində ilkin məlumatlara görə, 5 nəfər ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi