Bakı-Qazax magistralında avtobus yük avtomobili ilə toqquşub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı-Qazax magistralında avtobus yük avtomobili ilə toqquşub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
27 Avqust , 2018 16:21
Bakı-Qazax magistralında avtobus yük avtomobili ilə toqquşub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
0 : 00
0 : 00

Hacıqabul. 27 avqust. REPORT.AZ/ Hacıqabul rayonunda baş verən ağır yol-mnəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adı məlum olub. 

"Report"un yerli bürosunun verdiyi xəbərə görə, qəza zamanı 1952-ci il təvllüdlü Etibar Əlirza oğlu Kərimov, 1968-ci il təvəllüdlü Cavid Əlirza oğlu Kərimov, 1998-ci il təvəllüdlü Şərqiyyə Cavid qızı Kərimzadə, 1975-ci il təvəllüdlü İlhamə Cəfər qızı Kərimova və 1996-cı il təvəllüdlü Hüseyn Cavid oğlu Kərimzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Yaralılar Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 


***15:3

Hacıqabul. 27 avqust. REPORT.AZ/ Bakı-Qazax magistralında sərnişin avtobusu yük avtomobili ilə toqquşub, 5 nəfər xəsarət alıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonunun Pirsaat kəndi ərazisində iri qabaritli sərnişin avtobusu mişar daşı yüklənmiş “KamAz” markalı avtomobilə arxadan çırpılıb.

Nəticədə avtobusda olan sərnişinlərdən 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan və Hacıqabul xəstəxanalarına yerləşdirlib. Yaralı sərnişinlərin adları dəqiqləşdirlir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi