Bakı polisi: Narkotik vasitələrlə bağlı bütün informasiyalar yoxlanılır

Bakı polisi: Narkotik vasitələrlə bağlı bütün informasiyalar yoxlanılır “Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə tərəfimizdən diqqətdə saxlanılır. Satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var”.
Hadisə
138
11 Mart , 2020 11:40
Bakı polisi: Narkotik vasitələrlə bağlı bütün informasiyalar yoxlanılır
Bakı Şəhər Baş Polis İdarəsi / Report/Elchin Murad

“Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə bütün istiqamətlər üzrə tərəfimizdən diqqətdə saxlanılır. Satış məqsədilə sosial şəbəkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ictimai təhlükəli əməlləri cinayət tərkibi yaradır, qanunla qadağan olunduğuna görə cəza təhdidi var”.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, cəmiyyəti qayğılandıran narkotik bəlasına qarşı mübarizədə dövrün bütün çağırış və təhdidlərinə uyğun olaraq, ən müasir metod və texnologiyaların imkanlarından geniş istifadə olunur.

E.Hacıyev deyib ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə əlaqədar daxil olan bütün informasiyalar yoxlanılır:

"Bu tədbirlər kampaniya xarakteri daşımır".

Son xəbərlər

Orphus sistemi