​Bakı polisi küçədə dollar satanlara xəbərdarlıq edib

​Bakı polisi küçədə dollar satanlara xəbərdarlıq edib Qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə 5 nəfər müəyyən olunaraq saxlanılıb
Hadisə
30 Dekabr , 2015 10:52
​Bakı polisi küçədə dollar satanlara xəbərdarlıq edib

Bakı. 30 dekabr. REPORT.AZ/ Dekabrın 29-da Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxt ərazisində - ictimai yerlərdə qanunsuz valyuta mübadiləsi həyata keçirdiklərinə görə, 5 nəfər müəyyən olunaraq saxlanılıb. Bu barədə “Report”a BŞBPİ-nin mətbuat xidmətindən məlumat verilib.

Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Saxlanılan şəxslər – 1975-ci il təvəllüdlü Həmidov İlqar Qunsur oğlu, 1994-cü il təvəllüdlü Abdullayev İstəməli Telman oğlu, 1967-ci il təvəllüdlü Cəfərov Əfqan Cəlal oğlu, 1967-ci il təvəllüdlü Şahbazov Habil Həbulla oğlu və 1985-ci il təvəllüdlü Nağıyev Hüseyn Eldar oğludur.

Bakı Şəhər Baş Polis İdarəsi rəsmən elan edir ki, qanunsuz valyuta mübadiləsinə qarşı tədbirlər mütəmadi olaraq davam etdiriləcək, bu qanunsuz əməli həyata keçirən şəxslər sərt cəzalandırılacaqlar.

Son xəbərlər

Orphus sistemi