Baba və nənəsini öldürərək ömürlük həbs cəzası alan şəxs apellyasiya şikayəti verib

Baba və nənəsini öldürərək ömürlük həbs cəzası alan şəxs apellyasiya şikayəti verib Baba və nənəsini öldürərək ömürlük həbs cəzası alan şəxs apellyasiya şikayəti verib
Hadisə
30 Aprel , 2021 13:51
Baba və nənəsini öldürərək ömürlük həbs cəzası alan şəxs apellyasiya şikayəti verib

İsmayıllı rayonunda babasını və nənəsini xüsusi amansızlıqla qətlə yetirməkdə, qardaşını öldürməyə cəhddə təqsirləndirilən Vüsal Qədirov barəsində olan ömürlük həbs cəzasından narazıdır.

"Report"un xəbərinə görə, o, məhkəmə hökmündən apellyasiya şikayəti verib.

Şikayət Şəki Apellyasiya Məhkəməsində araşdırılacaq.

Qeyd edək ki, hadisə ötən il mayın 9-da İsmayıllı rayonunun Bizlan kəndində baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Qədirov Vüsal Şirvan oğlu ailə münaqişəsi zamanı ögey babası, 1938-ci il təvəllüdlü Tapdıqov Zakir Şakir oğlunu və nənəsi, 1954-cü il təvəllüdlü Məmmədova Zərinə Balakamil qızının əl-qolunu bağlayaraq onları armaturla döyüb və ağır işgəncə ilə qətlə yetirib. Daha sonra o, babasına məxsus odlu silahı götürərək qardaşı Şamo Qədirovu öldürməyə cəhd edib.

Dəhşətli cinayət hadisəsinə səbəb olan mübahisə yaşayış evinin satılmasında razılıq əldə edilməməsindən yaranıb.

V.Qədirova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə), 29,120.2.10 (təkrar adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Qədirov ömürlük azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi