​Azərbaycanlını öldürən amerikalı ömürlük azadlıqdan məhrum edilə bilər

​Azərbaycanlını öldürən amerikalı ömürlük azadlıqdan məhrum edilə bilər Jozef Spitalli dekabrın 3-də yenidən məhkəmə qarşısına çıxarılacaq
Hadisə
12 Noyabr , 2014 08:47
​Azərbaycanlını öldürən amerikalı ömürlük azadlıqdan məhrum edilə bilər
Bakı. 12 noyabr. REPORT.AZ/ Amerika məhkəməsi dekabrın əvvəlində azərbaycanlı Teymur Hüseynovun qətlində ittiham olunan Jozef Spitalli haqqında veriləcək hökmün tarixini müəyyən edəcək.

"Report" "ChicagoTribune" qəzetinə istinadən xəbər verir ki, Jozef Spitalli dekabrın 3-də yenidən məhkəmə qarşısına çıxarılacaq.

Noyabrın 7-də baş tutan məhkəmə iclasında qətlin xüsusi amansızlıqla törədildiyi səsləndirilib və bu səbəbdən də amerikalı ömrünün qalan hissəsini dəmir barmaqlıqlar arxasında keçirə bilər.

Cinayət hadisəsi 17 noyabr 2012-ci il tarixində ABŞ-ın İllinoys ştatının Daren şəhərciyində baş verib. 36 yaşlı Jozef Spitalli qısqanclıq zəminində keçmiş sevgilisi Baltrimavicienin görüşdüyü 31 yaşlı azərbaycanlı Teymur Hüseynlini amansızlıqla qətlə yetirib.

Qəzet yazır ki, Teymur Hüseynli Amerikaya 2010-cu ildə gəlib.

Son xəbərlər

Orphus sistemi