Azərbaycanlı mühacir Fransada saxlanılıb - FOTO
Hadisə
- 14 noyabr, 2019
- 06:01
Azərbaycanlı mühacir Rəfail Piriyev Fransada saxlanılıb.
“Report”un Avropa bürosu xəbər verir ki, bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Piriyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.
Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) əməkdaşları ötən gün deportasiya qərarının icrası üçün polis əməkdaşları ilə birgə R.Piriyevin Berlində yaşadığı evə getsələr də, sonuncunun Fransaya qaçdığı məlum olub.
Azərbaycan vətəndaşı Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransada bir qaçqın düşərgəsində saxlanılıb.
Onun yaxın günlərdə barəsində olan deportasiya qərarının icrası üçün Almaniyaya göndərilməsi gözlənilir.
Son xəbərlər
12:22
Qəbələdə 30 yaşlı qadın hovuzda boğularaq ölüb
Hadisə12:22
Nazirlik: Azərbaycanda 7 mindən çox şəxs Peşəkar Mühasib Sertifikatı alıb
Maliyyə12:17
Foto
Almaniyalı mütəxəssis Azərbaycanın atletika məşqçiləri üçün seminar keçirib
Fərdi12:14
UNOPS minatəmizləmədə dronların tətbiqinin sürətlə artacağını proqnozlaşdırır
Xarici siyasət12:02
Azərbaycan ağırlıqqaldıranı Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün cəzalandırılıb
Fərdi12:02
Anar Bayramov: Yeni islahat regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq
Sağlamlıq12:00
Almaniyada vağzal yaxınlığında baş vermiş partlayış zamanı iki nəfər xəsarət alıb
Digər ölkələr11:57
Milli Paralimpiya Komitəsi paraatletika üzrə Açıq Qapı Günü keçirəcək
Fərdi11:55