Azərbaycanın dövlət sərhəddini pozan şəxs saxlanılıb

Hadisə
  • 22 mart, 2017
  • 10:49
Azərbaycanın dövlət sərhəddini pozan şəxs saxlanılıb
dsx.gov.az

Bakı. 22 mart. REPORT.AZ/ Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən bayram günlərində dövlət sərhədinin pozulması cəhdlərinin mümkün­lüyü ilə əlaqədar xidməti fəaliyyətin güc­lən­­­diril­məsi və sayıqlığın daha da artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.

DSX-dən "Report"a verilən məlumata görə, görülən tədbirlər nəticəsində martın 21-də Ağstafa rayo­nunun Sadıxlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 1987-ci il təvəllüdlü Azər­baycan vətəndaşı Elgün Nadir oğlu İsmayıl-Necatın dövlət sərhədini qanunsuz pozaraq Gürcüstan ərazisinə keçmə cəhdinin qarşısı alınıb.

Sərhəd naryadının qanuni tələbinə tabe olmayan sərhəd pozucusu müqavi­mət göstərərək hadisə yerindən qaçmağa cəhd edib, lakin DSX əməkdaşları tərəfindən yaxalanıb.

Fakt üzrə keçirilən tədbirlər nəticəsində vətəndaş E.N.İsmayıl-Necatın ağır cinayət törətdiyinə görə beynəlxalq axtarışda olduğu müəyyənləşdirililib. Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədinin pozulma­sı­na vasitəçilik edən 1962-ci il təvəllüdlü Ağstafa rayon sakini Gündüz İsmayıl oğlu Quliyev müəyyənləşdirilərək saxlanılıb.

Dövlət sərhədinin pozulmasına cəhd ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti