Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan vətəndaşı saxlanılıb.
Kiyev vilayət polisindən "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, 44 yaşlı Natiq Məmmədov saxta sənəd gəzdirmək, dələduzluq və s. cinayət əməllərində ittiham olunur.
Azərbaycanın 2016-cı ildə beynəlxalq axtarışa verdiyi şəxsin 2018- ci ildən Ukraynada olduğu müəyyənləşib. Bu səbəbdən uzun müddətdir Ukrayna polisi tərəfindən axtarışa verilibmiş. Bu günlərdə Belaya Tserkov şəhərində saxlanılan azərbaycanlı barəsində məhkəmə həbs qətimkan tədbiri seçib.