Azərbaycanda mal-qara arasında ölümcül xəstəlik yayılıb - VİDEO

Azərbaycanda mal-qara arasında ölümcül xəstəlik yayılıb - VİDEO Heyvan təsərrüfatında 10 – 15 ildən bir yayılan, müalicəsi mümkün olmayan nadir xəstəlik aşkar edilib.
Hadisə
735
7 İyul , 2021 09:17
Azərbaycanda mal-qara arasında ölümcül xəstəlik yayılıb - VİDEO

Azərbaycanda mal-qara təsərrüfatlarında 10-15 ildən bir yayılan, müalicəsi mümkün olmayan ölümcül xəstəlik yayılıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu xəstəliyi Ağcabədinin Kəhrizli kəndində Bakir Qəhrəmanova məxsus fərdi təsərrüfatda sahə baytar həkimi tərəfindən aşkar edilib.

Sahə baytar həkimi İlham Zeynlaov "Report"un Qarabağ bürosuna bildirib ki, bu xəstəlik ölümcül və nadir xəstəlikdir: Bu hər il yayılan xəstəlik deyil. Bu xəstəlik 10-15 ildən bir tək-tək təsərrüfatlarda yayılır, əsasən mal bazarında və mal-qara içərisinə yeni heyvanlar gətirildikdə, həmçinin heyvanlarda olan gənələrdən yaranır".

Sahibkar Bakir Qəhrəmanov deyib ki, xəstəlik aşkar olunandan bu günə qədər təsərrüfatında olan iribuynuzlu və xırdabuynuzlu mal-qaranın bir neçəsi tələf olub: "Sahə baytarları evə qədər gəlib mal-qaraya baxırlar, müalicə edirlər, vaksin və peyvənd vururlar. Həkimlər əziyyət çəkirlər, ancaq gördükləri işlərin faydası yoxdur. Heyvanların tələf olmasının qarşısının alınması üçün həkimlərin gördüyü tədbirlər nəticəsiz qalıb. Xəstəliyə yoluxduqdan sonra bir neçə gün ərzində səkkiz baş iribuynuzlu, iki baş isə xırdabuynuzlu mal-qara tələf olub. Gəlirlər, əziyyət çəkirlər, müalicə edirlər, amma xeyri olmur. Bunun səbəbi dəqiq tapılsaydı 8 baş heyvanım ölməzdi".

Sahibkar Allahverdi Qəhrəmanov isə söyləyir ki, heyvanlar tələf olmamışdan əvvəl gözləri və ayaqları tutulur: "Elə bir xəstəlikdir ki, heyvan yoluxdusa, mütləq ölür. Heç bir müalicə bu xəstəliyə yoluxan heyvanı tələf olmaqdan xilas etmir".

Nadir hallarda rast gəlinən bu xəstəlik mütəxəssislərin bildirdiyinə görə, yoluxucu deyil. Təmas zamanı nə heyvana, nədə insana keçici xüsusiyyəti yoxdur. Xəstəliyin yayılma qorxusu olmasa da, aşkarlandığı təsərrüfatda olan heyvanların məhv olma təhlükəsi daha böyükdür.

Sahə baytar həkimi İ.Zeynalovun fikrincə, bu xəstəliyin heç bir qabalayıcı tədbiri, müalicəsi və peyvəndi yoxdur: "Bu, təsərrüfatda baş verən xəstəlik “Yaman xataral isitmədir”. Heyvanların bu xəstəliyə yoluxmaması üçün ilk növbədə mal-qaranın təmizliyinə, qidalanmasına diqqət yetirib, yaxşı örüşdə otarmaq lazımdır. Mal-qaranı mütəmadi gənələrdən təmizləmək lazımdır. Parazitlərə qarşı, qızdırmaya qarşı profilaktiki iynələr vurulmalıdır. Bu xəstəliyə yoluxan mal-qaraların 95 %-i tələf olur, 5 %-nin isə gözləri və ya ayaqları tutulur. Bunun tam müalicəsi yoxdur".

Rayon Baytarlıq İdarəsindən bildirilib ki, vətəndaşın təsərrüfatında baş verən tələfat barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Tələf olan heyvanlardan nümunələr götürülərək laboratoriyaya göndərilib. Əldə olunan nəticələr isə xəstəliyin müalicəsinin mümkün olmadığını deməyə əsas verir.

Son xəbərlər

Orphus sistemi