Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
Sağlamlıq
- 10 may, 2020
- 17:17
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 10-na olan statistik göstəriciləri açıqlayıb.
"Report" xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 461 test edildiyi bildirilib.
Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 193 411 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda daha 97 nəfər koronavirusa yoluxub, 30 nəfər müalicə olunaraq sağalıb, daha bir nəfər isə vəfat edib. Ölkədə indiyədək ümumilikdə koronavirusa 2 519 yoluxma aşkarlanıb. Onlardan 1 650-si sağalıb, 32-si ölüb.
Hazırda aktiv xəstə sayı 837-dir.
Həmin şəxslərdən 33-nün vəziyyəti ağır, 40-nın vəziyyəti isə orta ağırdır. Digərlərinin səhhəti stabildir.
Son xəbərlər
18:00
Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 23 %-dən çox azaldıb
Biznes17:51
Kulevidəki NEZ Azərbaycan üzərindən alternativ marşrutlar vasitəsilə Rusiya neftindən tam imtina etmək niyyətindədir
Energetika17:44
Parisdə "Bank of America"nın ofisi yaxınlığında partlayış cəhdi ilə bağlı beş nəfər saxlanılıb
Digər ölkələr17:32
Azərbaycan nümayəndə heyəti Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət edib
Xarici siyasət17:28
Çexiyada silah zavodunun ərazisində yanğınla bağlı beş nəfər saxlanılıb
Digər ölkələr17:27
Azərbaycanın Türkiyədən avtomobil sənayesi məhsullarının idxalına çəkdiyi xərci açıqlanıb
Biznes17:23
Rubio: Vaşinqton İranın Hörmüz üzərində nəzarət qurmasına imkan verməyəcək
Digər ölkələr17:21
31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir - RƏY
Daxili siyasət17:08