Azərbaycanda “Coca-Cola”ya cərimə protokolu yazılıb

Azərbaycanda “Coca-Cola”ya cərimə protokolu yazılıb Azərbaycanda tanınmış içki şirkətinə cərimə protokolu yazılıb.
Hadisə
383
14 Mart , 2022 12:20
Azərbaycanda “Coca-Cola”ya cərimə protokolu yazılıb

Azərbaycanda tanınmış içki şirkətinə cərimə protokolu yazılıb.

“Report”un xəbərinə görə, “Azərbaycan Koka-Kola ("Coca-Cola") Bottlers Limited” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.1-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İş hakim Mahirə Kərimovanın icraatına verilib. Məhkəmənin baxış iclası martın 17-nə təyin edilib.

Bu xətaya görə, fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Rəvan Əziz

Son xəbərlər

Orphus sistemi