Azərbaycan yanğınsöndürənləri Muğlada yanğını söndürür

Azərbaycan yanğınsöndürənləri Muğlada yanğını söndürür Türkiyədə yanğınlar davam edir.
Hadisə
4 Avqust , 2021 20:44
Azərbaycan yanğınsöndürənləri Muğlada yanğını söndürür
0 : 00
0 : 00

Türkiyədə yanğınlar davam edir.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hazırda Türkiyə və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xİdmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları qardaş ölkənin Muğla şəhərinin Kavaklı bölgəsində baş verən yanğını söndürürlər.

Yanğının miqyası genişlənir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Yanğınların söndürülməsinə helikopter də cəlb edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə FHN-nin müvafiq yanğınsöndürmə və xilasetmə qüvvələrinin 100 nəfər əməkdaşından ibarət ilk qrup iyulun 30-da Türkiyəyə yola düşüb.

İyulun 31-də isə Türkiyəyə daha bir qrup yola düşüb. Bu yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 54 ədəd texnika - yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 247 nəfər şəxsi heyət daxildir.

Son xəbərlər

Orphus sistemi