Ukraynada daha bir Azərbaycan vətəndaşı güllələnərək öldürülüb

Ukraynada daha bir Azərbaycan vətəndaşı güllələnərək öldürülüb Kiyev. 24 dekabr. REPORT.AZ/ Ukraynada paytaxt Kiyevin Desnyanskiy rayonunun Troeşina adlanan ərazisində Azərbaycan vətəndaşı güllələnərək öldürülüb.
Hadisə
24 Dekabr , 2018 11:54
Ukraynada daha bir Azərbaycan vətəndaşı güllələnərək öldürülüb
0 : 00
0 : 00

Kiyev. 24 dekabr. REPORT.AZ/ Ukraynada paytaxt Kiyevin Desnyanskiy rayonunun Troeşina adlanan ərazisində Azərbaycan vətəndaşı güllələnərək öldürülüb.

“Report”un Kiyev bürosunun verdiyi məlumata görə, öldürülən şəxs Azərbaycanın İmişli rayonu sakini, 1979-cü il təvəllüdlü Quliyev Kərimdir.

Bir həftə əvvəl baş verən hadisədə azərbaycanlı aldığı çoxsaylı güllə yarasından hadisə yerində keçinib. Onun meyiti hazırda rayon morqundadır. Meyitin Azərbaycana göndərilməsi ilə bağlı hələ ki, heç bir tədbir görülməyib.

Qeyd edək ki, son illər Ukraynada arda-arda bir sıra Azərbaycan vətəndaşı güllələnib, 20-dən çox isə azərbaycanlının oğurlanması faktı qeydə alınıb. Bu ilin noyabr ayının 19-29 tarixlərində Kiyevdə ezamiyyətə göndərilən Azərbaycanın “Report” İnformasiya Agentliyinin əməkdaşına qarşı baş verən silahlı təhdid və təqibi törədənlər barədə də hələ ki, heç bir nəticə yoxdur. 

Xatırladaq ki, ötən dövrlərdə Azərbaycanın Baş prokuroru Zakir Qaralov isə Ukraynada azərbaycanlılara qarşı zorakılıq hərəkətlərinə yol verilməsi ilə əlaqədar həmin ölkənin Baş prokuroru Yuriy Lutsenkoya müraciət edib. Müraciətdə azərbaycanlılara qarşı törədilmiş cinayətlər qəti şəkildə pislənib. Müraciətdə bu hadisələrin ictimaiyyət arasında geniş rezonans doğurması bildirilməklə, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin hərəkətlərə qısa müddətdə hüquqi qiymət veriləcəyinə əminlik ifadə olunub. Z.Qaralovun ukraynalı həmkarına müraciətindən sonra bir sıra cinayətlərin üstü açılsa da, müəyyən cinayətlərin üstü açılmamış qalır.

Son xəbərlər

Orphus sistemi