Azərbaycandan Rusiyaya gedən vətəndaşdan dərman preparatı götürülüb
Hadisə
- 21 dekabr, 2018
- 13:25
Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycan istiqamətindən "Samur" gömrük postunun ixrac piyada keçid xəttinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən “Report”a verilən məlumata görə, yoxlama zamanı vətəndaşın əynindəki gödəkçənin iç sol cibindən 7 kapsul "Lyrica (preqabalin) 300 mq" adlı dərman preparatı aşkar olunub.
Xatırladaq ki, "Lyrica (preqabalin)" adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
10:25
Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatına üzv qəbul edilib
İKT10:24
Bəzi rayonlara leysan yağıb, külək güclənib - FAKTİKİ HAVA
Ekologiya10:24
Elmar Baxşıyev "Qəbələ"nin baş məşqçi postuna əsas namizəd olmasına münasibət bildirib
Futbol10:22
DSMF: 8 ayda sosial şəbəkələrdə 13 minə yaxın vətəndaş müraciəti cavablandırılıb
Maliyyə10:15
"Trend" 31 yaşını qeyd edir
Media10:10
Lamin Yamal Raul Qonsales və Fernando Torresin rekordunu yeniləyib
Futbol10:09
Bəzi çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Ekologiya10:09
Rusiya Ukraynanın şəhərlərinə kütləvi zərbə endirib, onlarla ölən və yaralanan var
Digər ölkələr10:03
Foto