Azərbaycan və Litva baş prokurorluqları arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Baş Prokuror Kamran Əliyev Litva Respublikasının Baş prokuroru Nida Qrunskiene ilə görüşüb. Görüşdə hüquqi sahədə ikitərəfli əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, Beynəlxalq Prokurorlar Assosiasiyası, Avrocast və digər beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb. Tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdirilməsi məqsədilə Azərbaycan və Litva baş prokurorluqları arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.