Azərbaycan təhsil nazirinin keçmiş müavini 90 yaşında vəfat edib

Azərbaycan təhsil nazirinin keçmiş müavini 90 yaşında vəfat edib Ənvər Nəzərli Şamaxı rayonunda dəfn olunub
Hadisə
14 İyul , 2016 09:43
Azərbaycan təhsil nazirinin keçmiş müavini 90 yaşında vəfat edib

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycan təhsil nazirinin keçmiş müavini, pedaqoq, şair, ictimai xadim Ənvər Nəzərli 90 yaşında vəfat edib.

“Report” xəbər verir ki, Ə.Nəzərli doğulduğu Şamaxı rayonunda dəfn olunub. 

Qeyd edək ki, Ənvər Əşrəf oğlu Nəzərli 1926-cı il yanvar ayının 13-də Şamaxı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Ağsu rayonunun Gədəli kəndində, Bakının Kürdəxanı və Maştağa qəsəbələrində müəllim, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı, Şəki Şəhər Partiya Komitəsinin ikinci katibi, Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin müavini vəzifələrində çalışıb.

Ə.Nəzərli bir sıra şeir kitablarının müəllifidir. O, “Xalqlar dostluğu” və “Şərəf” nişanı ordenləri ilə təltif edilib. 

Son xəbərlər

Orphus sistemi