Azərbaycanda 75 metrlik şəlalə donub - VİDEO
Hadisə
- 19 fevral, 2025
- 06:07
Qax rayonunun İlisu kəndində yerləşən Ramramay şəlaləsində ecazkar mənzərə yaranıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, ərazidə temperaturun -15 dərəcəyə qədər aşağı düşməsi hündürlüyü 75 metr olan şəlalənin təmamilə donması ilə nəticələnib.
Donaraq cazibədar görüntüyə səbəb olan Ramramay şəlaləsinə qədər olan məsafə İlisu kəndinin yuxarı baş hissəsindən iki kilometrdir.
Kənd sakinləri "Report"un yerli bürosuna bildiriblər ki, şəlaləyə yalnız "UAZ" və "Niva" markalı avtomobillərlə getmək mümkündür.
Qeyd edək ki, Ramramay şəlaləsi ildə 2 ay, əsasən yanvar və fevral aylarında donaraq buz kütləsinə çevrilir. Şəlalə dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşir.
Son xəbərlər
18:23
Gəncədə 49 yaşlı qadın öldürülüb, oğlu şübhəli bilinir
Hadisə18:21
Foto
Zəka Mirzəyev Tovuzda vətəndaş qəbulu keçirib
Daxili siyasət18:20
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb
Hadisə18:09
Foto
Avqustun ilk yarısında 11 504 uşağa 15 893 peyvənd tətbiq olunub
Sağlamlıq18:07
Rusiya Krivoy Roqdakı ticarət mərkəzinə zərbə endirib, azı 2 nəfər ölüb
Digər ölkələr18:01
Çin XİN növbəti dəfə ABŞ və İranı danışıqlara çağırıb
Digər ölkələr17:50
Fransa 2025-ci ildə 21,2 milyard avro dəyərində silah ixrac edib
Digər ölkələr17:50
Azərbaycanda SMS-lərin sayı son 5 ildə 4 dəfəyə yaxın azalıb
İKT17:47