​Aytac Babayevanı öldürən şəxs: "Peşmanam"

​Aytac Babayevanı öldürən şəxs: "Peşmanam" "Onu bıçaqla vurduğum zaman nə baş verdiyini bilmədim"
Hadisə
13 Noyabr , 2015 18:09
​Aytac Babayevanı öldürən şəxs: Peşmanam

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un xəbərinə görə, Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə şahidlər Orxan Axundov və təqsirləndirilən şəxs ifadə verib.

İ.Hüseynov hadisənin baş verməsi haqda bunları deyib: "Aytacla bir-birimizi çox sevirdik. Yanvarın 17-də onun ad günü olacaqdı. Hadisə günü evdən çıxanda bıçaq götürdüm. Ona sevgimi sübut etmək üçün özümə xəsarət yetirmək fikrim var idi. Görüş zamanı Aytac mənə "get özünə başqa birini tap" dedi. Həmin zaman nə baş verdiyini bilmədim və bıçaqla onu vurdum. Hadisənin şokundan həmin yerdən qaçdım. Yolda nə etdiyimi anladım. Ora Aytacı öldürmək üçün getməmişdim. Aytaca sevgimi sübut etmək niyyətində idim. Əməlimdən peşmanam".

Məhkəmənin növbəti iclası noyabrın 17-nə təyin edilib.

Qeyd edək ki, bu ilin aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.

Son xəbərlər

Orphus sistemi