Avtomobilin şüşəsini sındıraraq oğurluq edən şəxs saxlanılıb

Avtomobilin şüşəsini sındıraraq oğurluq edən şəxs saxlanılıb Binəqədi rayonunda gecə saatlarında “Chevrolet” markalı avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitəsinin salonundan oğurluq edən şəxs saxlanılıb.
Hadisə
17 Mart , 2022 13:35
Avtomobilin şüşəsini sındıraraq oğurluq edən şəxs saxlanılıb

Binəqədi rayonunda gecə saatlarında “Chevrolet” markalı avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitəsinin salonundan oğurluq edən şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törədən əvvəllər məhkum edilmiş paytaxt sakini Fərid Qasımov tutulub. Araşdırma zamanı onun qeyd edilən avtomobilin şüşəsini sındıraraq oradan pul oğurladığı müəyyən edilib. Fərid Qasımov barəsində 5-ci Polis Bölməsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Həmin şəxs 3 ay müddətinə inzibati qaydada həbs edilib. Onun digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi