“Atabank” Azərbaycan hərbçisinin kredit borcunu bağışlayıb

“Atabank” Azərbaycan hərbçisinin kredit borcunu bağışlayıb Bakı. 28 dekabr. REPORT.AZ/ “Atabank” ASC 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçinin kredit borcunu bağışlayıb.
Hadisə
28 Dekabr , 2017 09:48
“Atabank” Azərbaycan hərbçisinin kredit borcunu bağışlayıb

Bakı. 28 dekabr. REPORT.AZ/ “Atabank” ASC 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçinin kredit borcunu bağışlayıb.

“Report” Banka istinadən xəbər verir ki, bu, Vüsal Ədalət oğlu Paşazadədir.

O, ölkənin ərazi bütövlüyünün qorunması uğrunda, düşmən mövqelərinin məhv edilməsində, həmçinin Lələtəpənin işğaldan azad edilməsində N-saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsinin kəşfiyyatçısı kimi iştirak edib və ağır yaralanaraq kontuziya alıb. Hərbçi “Atabank”ın “Mərkəz” filialına dəvət edilib, Bankın İdarə Heyətinin sədr müavinləri Etibar Babaşlı və Səbuhi Əliyevlə görüşüb.

“Hərbçilərimiz vətənimizin bütövlüyü, bizim və övladlarımızın firavanlığı uğrunda düşmən qarşısında sipər olurlar, müstəqilliyimizi qorumaq üçün canlarından keçirlər. Hər bir şirkət vətən və cəmiyyət qarşısında daşıdığı məsuliyyəti unutmamalıdır. Fərd olaraq da hər birimiz torpağa, vətənə, vətənpərvərlik ruhuna sadiq qalmalıyıq. Əsgərlərimiz vətən uğrunda canlarını verir, bizim də “Atabank” olaraq əlimizdən gələn onlara dəstək olmaq, birlik və bərabərlik nümayiş etdirməkdir. Bu hər bir Azərbaycan övladının müqəddəs borcudur”, - deyə E.Babaşlı bildirib.

Xatırladaq ki, “Atabank” bundan öncə də Silahlı Qüvvələr Günü ilə əlaqədar olaraq Qarabağ uğrunda gedən döyüşlərdə yaralanmış hərbçinin kredit borcunu bağışlayıb.

1993-cü ildən fəaliyyət göstərən "Atabank" 100% yerli kapitallı, qabaqcıl texnologiyalı universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında 31 filial və şöbəsi vasitəsilə korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

Son xəbərlər

Orphus sistemi