Astarada qonaq olan Əfqanıstan vətəndaşı ölüb
Hadisə
- 26 may, 2024
- 10:03
Astarada qonaq olan Əfqanıstan vətəndaşı ölüb.
“Report”un Cənub bürosunun məlumatına görə, ölüm hadisəsi rayonun Pəlikeş kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhərində yaşayan Əfqanıstan vətəndaşı, 1956-cı il təvəllüdlü Mohammad Rasul Fahimi Astaranın Pəlikeş kəndində qohumlarının evində qonaq olub.
Ölümün nədən baş verdiyi hələlik məlum deyil. Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün səbəbi məlum olacaq.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
23:23
Xamenei dollardan asılılığı aradan qaldırmaq istəyir – YENİLƏNİB
Region23:09
İstanbulda tramvaylar toqquşub, 9 nəfər xəsarət alıb - YENİLƏNİB
Region23:03
OFAC "Serbiya Neft Sənayesi" üçün lisenziyanı sentyabrın 30-dək uzadıb
Digər ölkələr22:51
Azərbaycan millisi Avropa çempionatının 1/8 finalında Türkiyə ilə qarşılaşacaq
Komanda22:42
Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir
Region22:23
Nvidia-nın bazar dəyəri bir gündə 442 milyard dollar artıb
İKT22:08
Məmməd Əhmədzadə etimadnaməsinin surətini Belçika XİN-ə təqdim edib
Xarici siyasət21:56
Foto
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib
Region21:29