Astarada meşədə baş verən yanğın söndürülüb

Astarada meşədə baş verən yanğın söndürülüb Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın olması barədə məlumat daxil olub.
Hadisə
20 Dekabr , 2021 12:25
Astarada meşədə baş verən yanğın söndürülüb
0 : 00
0 : 00

Astarada meşədə baş verən yanğın söndürülüb. 

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, rayonun ucqar dağ kəndi olan Pəlikeş ərazi icra vahidliyindən başlayan yanğın üç istiqamətdə 20 hektara yaxın ərazini əhatə edib. 

Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin Astara Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və könüllü yerli sakinlər tərəfindən yanğın söndürülüb. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

10:20

Astara rayonunda baş verən meşə yanğını məhdudlaşdırılıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, yanğın gecə saatlarında rayonun dağlıq Pəlikeş inzibati ərazi vahidliyində üç istiqamətdə başlayıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Astara Dövlət Yanğından Mühafizə Hissəsinin şəxsi heyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Bundan başqa yerli sakinlər könüllü olaraq yanğının söndürülməsində iştirak edirlər. 

Əraziyə texnika çıxarmaq mümkün olmadığından yanğınsöndürənlər əl üsulu ilə yanğının qarşısını almağa səy göstərirlər.

Hazırda yanğın nəzarətə götürülüb, hava küləkli olduğundan bəzi yerlərdə yeni közərmələr davam edir.

09:08

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın olması barədə məlumat daxil olub.

Nazirlikdən "Report"a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, qeyd olunan ərazidə təqribən 20 ha sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi