Astarada yol qəzası olub, ata ölüb, oğlu xəsarət alıb
Hadisə
- 05 dekabr, 2022
- 07:37
Astara rayonunda atanın ölümü, oğulun isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun dağlıq ərazisində yerləşən Motlayataq kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini 1967-ci il təvəllüdlü Zakir Lələyevin idarə etdiyi "Niva" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.
Nəticədə sürücü hadisə yerində ölüb. Avtomobildə olan sərnişin - sürücünün oğlu 1995-ci il təvəllüdlü Ruslan Zakir oğlu Aydınzadə isə xəsarət alıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
06:59
Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
Hadisə06:54
Tramp ABŞ-də yeni neft emalı zavodlarının inşa olunduğunu açıqlayıb
Digər ölkələr06:28
Böyük Britaniya "Avanti West Coast" dəmir yolu operatorunu milliləşdirəcək
Digər ölkələr06:05
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb
Digər ölkələr05:39
Tramp: ABŞ-nin İran üzərində qələbəsi neftin qiymətinin aşağı düşməsinə səbəb olacaq
Digər ölkələr05:15
Yasamal və Nizami rayonlarının bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika04:48
Niderlandda gənclər hərbi xidmətə çağırışın bərpası əleyhinə tətil keçirəcək
Digər ölkələr04:28
ABŞ Ferford bazası yaxınlığında həbslərdən sonra təhlükəsizliyi gücləndirəcək
Digər ölkələr03:59