Şadlıq sarayında iftar zamanı kütləvi zəhərlənmə olub - SİYAHI - YENİLƏNİB-2

Şadlıq sarayında iftar zamanı kütləvi zəhərlənmə olub - SİYAHI - YENİLƏNİB-2 Göyçay rayonunda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb.
Hadisə
19 Aprel , 2022 13:38
Şadlıq sarayında iftar zamanı kütləvi zəhərlənmə olub - SİYAHI - YENİLƏNİB-2

Göyçayda kütləvi zəhərlənmə hadisəsi rayondakı “Zeynəb” şadlıq sarayında baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, iftar süfrəsinə yığışan 12 nəfər məclis bitdikdən sonra evlərinə gedib. Çox keçmədən məlum olub ki, 12 nəfərdən 10 nəfərində analoji vəziyyət yaranıb.

Rayonun Çərəkə kənd sakinləri - Ürfan Bəkirov, Əliyar Bədirov, Rafiq Kərimov, Loğman Məmmədov, Cəlal Kərimov, Alim Xəlilov, Səxavət Nəbiyev, Orxan Davudov, Rəşid Məmmədov və İlkin Məmmədov evə getdikdən sonra ürəkbulanma və qusma halları yarandığından xəstəxanaya müraciət ediblər.

Həkimlərin səyi nəticəsində onların hər biri müayinə-müalicə tədbirləri başa çatdıqdan sonra evə buraxılıb.

Hadisəyə səbəb kimi restoranda verilən qidalar göstərilir. AQTA nümayəndələri hadisə baş verən şadlıq sarayına baxış keçirib. Qidalardan nümunələr götürülüb və laboratoriyaya göndərilib. Analizlərin cavabı çıxdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.

10:42

TƏBİB Göyçayda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

“Report”un xəbərinə görə, məlumatda bildirilib ki, 19.04.2022-ci il saat 00:49 da 10 nəfər (10 kişi ) Alimentar Qastrid diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə daxil olub:

“Həkim heyəti tərəfindən vətəndaşlara ilkin zəruri tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğu üçün ambulator müalicə üçün buraxılıblar”.

10:21

Göyçay rayonunda iftar süfrəsində kütləvi zəhərlənmə qeydə alınıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Mənsimov deyib.

O bildirib ki, hadisə aprelin 18-də rayonun Çərəkə kəndində qeydə alınıb.

Belə ki, iftar süfrəsinə toplaşan 10 nəfər zəhərlənib.

"Bu barədə Göyçay Rayon Polis Şöbəsinə Rayon Mərkəzi Xəstəxanasından məlumat daxil olub. Şöbədə ilkin araşdırma aparılıb. İlkin ehtimala görə, həmin şəxslər pomidordan zəhərlənib. Hazırda zəhərlənən şəxslər ambulator şəraitdə müalicə alırlar. İş üzrə toplanan materiallar araşdırmanın davam etdirilməsi üçün rayon prokurorluğuna göndərilib", - DİN rəsmisi vurğulayıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb: "Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

Son xəbərlər

Orphus sistemi