ANAMA-nın Ağdamda minaya düşən əməkdaşı Bakıya təxliyə olunub, həyatı təhlükəsi yoxdur - YENİLƏNİB

ANAMA-nın Ağdamda minaya düşən əməkdaşı Bakıya təxliyə olunub, həyatı təhlükəsi yoxdur - YENİLƏNİB Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov Gəncə şəhər Mərkəzi Klinikasından Bakıya təxliyə olunub.
Hadisə
27 Dekabr , 2023 12:00
ANAMA-nın Ağdamda minaya düşən əməkdaşı Bakıya təxliyə olunub, həyatı təhlükəsi yoxdur - YENİLƏNİB

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdamda minaya düşən əməkdaşı Bakıya təxliyə olunub, həyatı təhlükəsi yoxdur.

ANAMA-dan "Report"a verilən məlumata görə, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunda ilkin müayinə zamanı daban sümüyü və ayaq daraq sümüklərinin sınığı aşkarlanıb.

"Xəsarət alan şəxsə bütün zəruri tibbi dəstək göstərildikdən sonra stasionar müalicəsinin davamı məqsədilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib, həyatı təhlükəsi yoxdur. Xəsarət alan əməkdaşın durumu ilə bağlı əlavə məlumat veriləcək. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılmasında iştirak edən hər bir əməkdaşın həyat və sağlamlığı Agentlik üçün xüsusi önəm kəsb edir, hər zaman diqqət mərkəzində saxlanılır", - məlumatda bildirilib.

10.44

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Ağdam rayonunda mina partlayışı nəticəsində xəsarət alan əməkdaşı Zaur Mahmudov Gəncə şəhər Mərkəzi Klinikasından Bakıya təxliyə olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, o, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasına yerləşdirilib.

Z.Mahmudovun vəziyyəti qənaətbəxş hesab edilir.

Qeyd edək ki, dekabrın 26-da işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində piyada əleyhinə mina partlayıb. Nəticədə ANAMA-nın xidməti vəzifəsini yerinə yetirən əməkdaşı, Qazax rayon sakini, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xəsarət alıb. O, əvvəlcə Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. ANAMA əməkdaşına sol daban, ayaq daraq sümüklərinin açıq yarası diaqnozu qoyulub.

Z.Mahmudov daha sonra Gəncə şəhər Mərkəzi Klinikasına təxliyə edilmişdi.

Son xəbərlər

Orphus sistemi