ANAMA cəbhəyanı bölgələrdə 3 ədəd partlamamış hərbi sursat aşkar edib

ANAMA cəbhəyanı bölgələrdə 3 ədəd partlamamış hərbi sursat aşkar edib Ötən gün ərzində 31 min 570 kv. m ərazi təmizlənib
Hadisə
20 İyun , 2016 00:17
ANAMA cəbhəyanı bölgələrdə 3 ədəd partlamamış hərbi sursat aşkar edib

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentlik (ANAMA) Füzuli, Ağdam və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, iyunun 19-da 3 ev və həyətyanı sahə, 5 əkin sahəsi, su kanalı, 13 partlayış yeri, 3 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 31 min 570 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Cəmilli kəndi – Su kanalının yaxınlığında 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 6 000 kv. m ərazi yoxlanılıb.

Şıxarx kəndi – 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 13 000 kv. m ərazi yoxlanılıb.

Cəmi: 2 ev və həyətyanı sahə, su kanalının ətrafı, 6 partlayış yeri, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilib, nəticə etibarı ilə 19 000 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonu

Mahrızlı kəndi – 1 ev və həyətyanı sahə, 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilməyib, nəticə etibarı ilə 9 500 kv. m ərazi yoxlanılıb.

Cəmi:1 ev və həyatyanı sahə, 1 əkin sahəsi, 3 partlayış yerinə baxış keçrilmiş, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilib, nəticə etibarı ilə 9 500 kv. m ərazi təmizlənib.

Füzuli rayonu

Horadiz kəndi – 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 3 070 kv. m ərazi yoxlanılıb.

Cəmi:4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 3 070 kv. m ərazi yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi