Bakı. 7 mart.
"Report"un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmədə məlum olub ki, zərərçəkmiş Qədir Əliyevin evindən oğurluq edən Fuad Zeynalov onun qohumdur.
Q.Əliyev söyləyib ki, F.Zeynalov baldızının kürəkənidir.
Zərərçəkmiş Q.Əliyev bildirib ki, 10 ildən artıqdır Almaniyada yaşayıb, ötən il Azərbaycana qayıdıb. O, Almaniyada alman dili müəllimi işlədiyini deyib.
Q.Əliyev qeyd edib ki, dəymiş zərərdən yalnız 11 min 800 avro qaytarılıb.
Məhkəmənin baxış iclası martın 14-nə təyin edilib.
Qeyd edək ki, hadisə Abşeron rayonunda baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci il oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62 000 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub.