Almaniya 2016-ci ildə ölkəyə 300 minə qədər miqrant gələcəyini gözləyir

Hadisə
  • 28 avqust, 2016
  • 04:45
Almaniya 2016-ci ildə ölkəyə 300 minə qədər miqrant gələcəyini gözləyir

Bakı. 28 avqust. REPORT.AZ/ 2016-cı ilin sonunadək Almaniyaya 250 mindən 300 minə qədər qaçqın gələcək.

"Report" xəbər verir ki, bunu Almaniyanın Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsinin (MQFİ) rəhbəri Frank-Yurgen Vayze "Bild am Sonntag" nəşrinə müsahibəsində bildirib.

"Bu il, çox güman ki, 300 mindən bir qədər az adam gələcək", - deyə o bildirib.

Vayzenin sözlərinə görə, onun tabeliyində olan idarənin buraxılış qabiliyyəti məhz bu saya hesablanıb.

"Əgər daha çox adam gələrsə, biz təzyiq altında qalacağıq", - deyə MQFİ rəhbəri vurğulayıb.