Şamaxıda mikroavtobus qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Şamaxıda mikroavtobus qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB Ağsuda sərnişin mikroavtobusu qəzaya uğrayıb.
Hadisə
26 aprel 2025 01:12
Şamaxıda mikroavtobus qəzaya uğrayıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Şamaxı rayonunun Hacıqədirli kəndi ərazisində “Mercedes” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, nəticədə mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan, 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya çatdırılıb. Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül sıyrıq xəsarətləri qeydə alınıb.

Xəsarət alan şəxslər Ağsu rayon Padarqışlaq kənd məktəbinin şagirdləri olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yol- nəqliyyat hadisəsi ilə bağlı Şamaxı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

25.04.2025. 23:36

Şamaxıda sərnişin mikroavtobusu qəzaya uğrayıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, mikroavtobus Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda naməlum səbəbdən yoldan çıxaraq qəzaya uğrayıb. Qəza nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə yerinə təcili yardım maşınları cəlb edilib. Yaralılardan biri - 2009-cu il təvəllüdlü, Ağsu rayon Padarqışlaq kənd sakini Səmədova Dürdanə Səməndər qızı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına, 6-sı isə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə nəticəsində mikroavtobusdakı sərnişinlərdən 5-i oğlan , 2-si isə qız olmaqla 7 nəfər xəstəxanaya aparılıb. Həmin şəxslərin ikisində sınıq, digərlərində isə yüngül  sıyrıq xəsarətləri qeydə alınıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi