Ağstafanın Yuxarı Göycəli kəndindəki yanğın tam söndürülüb - YENİLƏNİB-3

Hadisə
  • 27 avqust, 2025
  • 09:25
Ağstafanın Yuxarı Göycəli kəndindəki yanğın tam söndürülüb - YENİLƏNİB-3

Ağstafa rayonunun Dağ Kəsəmənli, Ağköynək və Yuxarı Göycəli kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınlar tam söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğının söndürülməsi üçün əraziyə Qazax, Tovuz rayonlarından da kömək göndərilib.

Xatırladaq ki, əraziyə 7 yanğınsöndürən maşın və çox sayda canlı qüvvə cəlb olunub.

21:41

Ağstafa rayonunun Yuxarı Göycəli kəndi istiqamətində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Bildirilir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Rayonun Dağ Kəsəmənli və Ağköynək istiqamətində yanğınların söndürülməsi əməliyyatı davam edir.

16:32

Ağstafa rayonun Tatlı, Yuxarı Göycəli, Dağ Kəsəmən kəndləri ərazisində başlayan yanğının söndürülməsinə ətraf rayonlardan əlavə qüvvə cəlb edilib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Hayvalı adlanan meşə sahəsindəki yanğını söndürmək üçün ümumilikdə 7 yanğınsöndürən maşın hadisə yerinə cəlb edilib.

Çox sayda canlı qüvvə əsasən Qazax, Tovuz və Ağstafa rayonlarından əraziyə cəlb olunub.

16:12

Ağstafa rayonunda meşə sahəsində yanğın başlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa rayonunun Hayvalı adlanan meşə sahəsində qeydə alınıb.

Yanğının ərazisi hazırda genişlənməkdədir. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Hayvalı adlanan meşə sahəsindən əsasən qışlaq kimi istifadə olunur.

Ağstafanın Yuxarı Göycəli kəndindəki yanğın tam söndürülüb - YENİLƏNİB-3

Son xəbərlər

Bütün Xəbər Lenti