Ağstafada avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Hadisə
  • 18 iyul, 2021
  • 20:40
Ağstafada avtomobil qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub - YENİLƏNİB

Ağstafa rayon Dağ Kəsəmən kənd ərazisində 2 avtomobilin toqquşması nəticəsində xəsarət alanların kimliyi dəqiqləşib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, kənd ərazisində "VAZ" markalı avtomobilin digər minik avtomobilinlə toqquşması nəticəsində, Ağstafa rayon sakini, 1992-ci il təvəllüdlü Etibar Əmiraslanov və 1995-ci il təvəllüdlü Ülvi Quliyev xəsarət alaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onların vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

22:50

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun ərazisində 2 avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti