Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - YENİLƏNİB

Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - YENİLƏNİB Ağstafa şəhərində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.
Hadisə
26 İyul , 2024 23:20
Ağstafada avtomobil qəzasında yaralanan 5 nəfərin kimliyi məlum olub - YENİLƏNİB

Ağstafada avtomobillər toqquşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində, 2007-ci il təvəllüdlü E.İsmayılzadə, 2006-cı il təvəllüdlü A.Şamxalov, 2009-cu il təvəllüdlü E.Hacıyev, 1987-ci il təvəllüdlü R.Qarayev və daha bir nəfər xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

23:01

Ağstafa şəhərində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar Ağstafa Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi