Ağstafada avtomobil aşıb, xəsarət alan var - FOTO

Hadisə
  • 12 avqust, 2019
  • 11:31
Ağstafada avtomobil aşıb, xəsarət alan var - FOTO

Ağstafa rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Köçəsgər kənd yolunda qeydə alınıb.

Belə ki, "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində xəsarət alanın olduğu bildirilir. 

Faktla baglı araşdırma aparılır.