Ağdaşda yol qəzası olub, üç nəfər xəsarət alıb
Hadisə
- 24 dekabr, 2022
- 05:55
Ağdaş rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, hadisə rayonun Yuxarı Ləki kəndi ərazisində qeydə alınıb.
Belə ki, rayon sakini Teymur Hacıyevin idarə etdiyi “VAZ-21011” və Musa Məmmədovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.
Nəticədə “VAZ”ın sürücüsü, eləcə də iki sərnişini - 2002-ci il təvəllüdlü Elmin Kazımov və 2005-ci il təvəllüdlü E.Əsgərzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.
Son xəbərlər
03:48
Ronaldu karyerasında 960-cı qolunu vurub
Futbol03:16
NYT: Danimarka Qrenlandiyanın bir hissəsini hərbi bazalar üçün ABŞ-yə təhvil verə bilər
Digər ölkələr02:51
Moskva ABŞ-nin növbəti razılaşmasının Kanada ilə ola biləcəyini irəli sürüb
Digər ölkələr02:14
Putin Uitkoff və Kuşnerlə görüşəcəyini təsdiqləyib
Digər ölkələr01:56
UEFA Çempionlar Liqası: Daha 9 oyun keçirilib
Futbol01:20
Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişafı müzakirə olunub
Xarici siyasət01:03
"Qarabağ"ın baş məşqçisi: "Hakimlə bağlı lazım olan şərhi Prezident İlham Əliyev verib"
Futbol00:55
Foto
Prezident İlham Əliyev Davosda "Vitol" şirkətinin baş icraçı direktoru ilə görüşüb
Xarici siyasət00:50