Ağdaşda yol qəzası baş verib, 17 yaşlı sürücü ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Ağdaşda yol qəzası baş verib, 17 yaşlı sürücü ölüb, xəsarət alanlar var - YENİLƏNİB "VAZ-2107" markalı avtomobilin sürücüsü qəza zamanı aldığı xəsarətlərdən ölüb
Hadisə
385
26 İyun , 2017 14:10
Ağdaşda yol qəzası baş verib, 17 yaşlı sürücü ölüb, xəsarət alanlar var - YENİLƏNİB

Ağdaş. 26 iyun. REPORT.AZ/ Ağdaşda baş verən yol qəzasında xəsarət alanlardan biri dünyasını dəyişib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, "VAZ-2107" markalı avtomobilin sürücüsü, Ağdaş rayonunun Qaraoğlan kənd sakini 17 yaşlı Məmmədov Turan Xaləddin oğlu qəza zamanı aldığı xəsarətlərdən ölüb.

Həkimlər digər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.

Xəsarət alan şəxslərin hamsı Ağdaş rayonunun Qaraoğlan kənd sakinləridir. 


*** 13:56

Ağdaşda yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə rayonun Pirəzə və Ağzıbir kəndləri arasında qeydə alınıb.

Belə ki, həmin ərazidə "Ford" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan bildirilib ki, yaralılardan birinin vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi