Ağdaş. 18 fevral. REPORT.AZ/ Ağdaş rayonunda baş verən ağır yol qəzasında ölən və xəsarət alan şəxslərin adı məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhər sakini Oruc Hümmətzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su kanalına aşıb. Nəticədə avtomobildə olan 1999-cu il təvəllüdlü Hümmətzadə Məsumə Bəhruz qızı və onun 6 aylıq övladı Hümmətzadə Selcan Oruc qızı sudan çıxardaraq xəstəxanaya aparıblar.
Yaralılar Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onların hər ikisinin vəziyyəti ağırdır. Sürücü Oruc Hümmətzadə sudan çıxarılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Kanala düşən avtomobil hadisə yerinə cəlb olunan qaldırıcı kran vasitəsi ilə sudan çıxarılıb.
Avtomobil Bakıdan Qazax istiqamətində hərəkətdə olub.
Faktla bağlı araşdırma aparılır.
***19:41
Ağdaş. 18 fevral. REPORT.AZ/ Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki kəndi ərazisində "Mercedes" markalı maşın su kanalına düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı "Yenicə" su kanalına düşüb.
Hadisə yerinə daha yaxın olan Dövlət Yol Polisi əməkdaşları qəza zamanı sürücünün maşında olan ana və onun 6 aylıq körpəsini xilas ediblər. Yüngül bədən xəsarətləri alan ana və körpəsi təcili olaraq xəstəxanaya çatdırılıb. Sürücü isə suda boğularaq ölüb.